XƏBƏRLƏR / Kriminal

Sabunçuda qətl törədilib

Hadisə şəxsi münasibətlər zəminində baş verib

Sabunçuda qətl törədilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

    Hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.