Dəyəri 3 milyon manat olan narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi xəbər verir
Ölkə ərazisində “qara bazar”da dəyəri 3 milyon manat olan narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son 25 gün ərzində “qara bazar”da dəyəri 3 milyon manat olan 165 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib. Nəticədə 26 nəfər və iki mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.