XƏBƏRLƏR / Kriminal

Ağdaşda toy musiqiçiləri mübahisə edib, biri bıçaqlanıb

Y.Hüseynov Ə.Qurbanovla toy sifarişinə getmirmiş

Ağdaşda toy musiqiçiləri mübahisə edib, biri bıçaqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdaşda musiqiçilər arasında toy sifarişi ilə bağlı dava düşüb.

    Ötən gecə Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

    Hər ikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.