Akif Əlizadə və İsa Həbibbəyli də prokurorluqda dindirilib
Məlumat yenə qeyri-rəsmi mənbə tərəfindən yayılıb
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluq tərəfindən dindirilib.
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) qanun pozuntuları ilə əlaqədar başlanan cinayət işləri üzrə dindirilən əsas təqsirləndirilən şəxslərin siyahısı açıqlanıb.
"Lent.az" xəbər verir ki, AMEA-nın hazırkı və keçmiş prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanları tərəfindən dindiriliblər.
Xatırladaq ki, bu cinayət işləri üzrə istintaq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır.
Dünən Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Azərbaycan Elmlər Akademiyasında qanunsuz hərəkətlərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılan cinayət işinin ibtidai istintaqı zamanı 3 milyon manat büdcə vəsaitinin əsassız mənimsənilməsi şübhələri müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində Elton Məmmədov əsassız yerə xərclədiyi 3 milyon manatın dövlət büdcəsinə tam şəkildə qaytarılmasını təmin edib.
Hazırda AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı daha bir cinayət işi üzrə ilkin istintaq davam edir.
1 dəqiqə