Tehrandakı səfirliyimizə hücumun yeni görüntüləri VİDEO

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı bir nəfər həlak olub, iki nəfər yaralanıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycanın Tehrandakı səfirliyinə hücumun yeni kamera görüntüləri yayılıb. Videoda cinayətkarın hücumu törətdikdən sonra avtomatı necə yerə qoyması, əvvəllər İran polisinə silahı götürmək işarəsi verdiyi göstərilir.

    Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı səfirliyimizin bir əməkdaşı hiəlak olub, iki nəfər yaralanıb. Azərbaycan tərəfi bunu terror hadisəsi adlandırıb.