XƏBƏRLƏR / Kriminal

Türkiyədə əleyhimizə feyk yazının müəllifi sərbəst buraxıldı

Bu barədə təxribatçı "Tuğberk" öz "X" profilində yazıb

Türkiyədə əleyhimizə feyk yazının müəllifi sərbəst buraxıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin sosial mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası davam edir.

    Türkiyədə Azərbaycan əleyhinə saxta yazının müəllifi, @tugberk nikli şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb və ifadə verəndən sonra dərhal sərbəst buraxılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışını dinləyən Azərbaycan nümayəndə heyətinin fotosu “Netanyahunun çıxışı zamanı çəkilmiş kadr” kimi yayılıb.

    Yalan yazının müəllifi saxlanılıb və o, dərhal sərbəst buraxılaraq İspaniyaya yollanıb.

    O, öz profilində bu barədə xəbər verəndən sonra Türkiyəni sərbəst şəkildə tərk edib.

    Oxucular @tugberk profilinə girib bu şəxs və Türkiyə hüquq-mühafizə orqanları haqda ürək sözlərini yaza bilərlər.