XƏBƏRLƏR / Kriminal

Bülbülədə məsciddə qətl törədilib

Suraxanı rayon prokurorluğunun məlumatı

Bülbülədə məsciddə qətl törədilib
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suraxanıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

    Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.