XƏBƏRLƏR / Kriminal

ABŞ-da kilsəyə hücum nəticəsində öldürülənlərin sayı artıb

Bu barədə Miçiqan ştatı yerli polisinin açıqlamasında bildirilir

ABŞ-da kilsəyə hücum nəticəsində öldürülənlərin sayı artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Miçiqan ştatındakı kilsədə silahlı hücum nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

    Bu barədə polisin açıqlamasında bildirilir.

    Yerli polis hücumun Qrand Blank şəhər kilsəsində baş verdiyini bildirib.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, 40 yaşlı şəxs avtomobillə kilsənin qapısına yaxınlaşıb və atəş açıb.

    Hadisədən sonra kilsədə yanğın baş verib.

    Hücum edən şəxsin iki polis tərəfindən məhv edildiyi bildirilib.