"Ermənilər meyitləri kanalizasiya quyusuna atırdılar"
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Zaur İsmayılov deyib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Zaur İsmayılov:
İşgəncələr nəticəsində həlak olmuş azərbaycanlı əsir və girovların meyitləri ermənilər tərəfindən Şuşa həbsxanasının ərazisindəki kanalizasiya quyusuna atılıb.
Şuşada tapılan altı skeletin fraqmentləri arasında tapılan mismarlar işgəncə ilə öldürülən məhbusların onları udmağa məcbur edildiyini deməyə əsas verir.
Həmçinin, həm sümüklərin güllə yarası, həm də əşyaların deşilməsi və kəsilməsi nəticəsində yaranan xəsarətlərin əlamətləri aşkar edilib.
Ötən müddət ərzində Xocavənd rayonunun Ədilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Seyidəhmədli, Şuşa rayonunun Daşaltı kəndlərində, həmçinin Kəlbəcər, Ağdam və Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərində kütləvi məzaqlıq tapılıb.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsi məqsədilə 300-ə yaxın məhkəmə-tibbi və məhkəmə-molekulyar-genetik ekspertizalar aparılıb.
İşğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqların axtarışı davam edir.