XƏBƏRLƏR / Kriminal

"Bu, hər iki ölkə üçün acı hadisədir"

Bunu 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücum haqda İran xarici işlər nazirinin müavini Xətibzadə deyib

"Bu, hər iki ölkə üçün acı hadisədir"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran xarici işlər nazirinin müavini Səid Xətibzadə 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücumu acı hadisə adlandırıb.

    O, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, İranın hüquq-mühafizə orqanları hadisə ilə bağlı geniş araşdırma aparıb.

    "Bu, hər iki ölkə üçün acı hadisədir. Məhkəmə yekunlaşmalı və hökm icra olunmalıdır. Əminəm ki, ədalət sonda zəfər çalacaq".

    Xatirladaq ki, İran tərəfi dəfələrlə terrorçunun işi ilə bağlı məhkəmənin yekunlaşdığını və ona ölüm hökmü çıxarıldığını bəyan etmişdir.