XƏBƏRLƏR / Kriminal

"Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul saxlanılıb

DİN xəbər verir

"Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zərdabda adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

    Həmin  şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.