Serj Sarkisyanın Ermənistandan çıxışına yenə icazə verilmədi
Ermənistan mətbuatı xəbər verir
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident (hərbi cani - ANSPress) Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, sabiq prezidentə yeni ittiham irəli sürülüb.
Vəkil Amram Makinyan isə bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın 2019-cu ildə baş verən hadisəyə görə Ermənistanı tərk etməsini məhdudlaşdırıb.
Səfər qadağası yeni ittiham əsasında tətbiq edilib. Makinyan aydınlaşdırıb ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ötən axşam qəfildən Sarkisyanın yenidən çağırılmasının zəruriliyini elan edib. Vəkilin sözlərinə görə, bu qərar məhkəmənin keçmiş prezidentin ölkədən çıxışına qadağa qoymaq üçün prokurorluğun vəsatətini təmin etməkdən imtina etməsi ilə bağlıdır.
1 dəqiqə