XƏBƏRLƏR / Kriminal

Bakıda ər arvadını güllələyib YENİLƏNİB

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir

Bakıda ər arvadını güllələyib YENİLƏNİB
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:56

    Bakıda kişi arvadını güllələyib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

    Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

    Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    ***

    16:31

    Bakıda qadın güllələnib.

    İyulun 16-da günorta saatlarında Yasamal rayonunda 38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına ov tüfəngi ilə xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

    V.Kərimov polis tərəfinfən saxlanılıb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

    Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.