XƏBƏRLƏR / Kriminal

Türkiyə İspaniyada beynəlxalq narkotik kartelini məhv etdi

Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində bildirib

Türkiyə İspaniyada beynəlxalq narkotik kartelini məhv etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə polisinin İspaniyada keçirdiyi xüsusi əməliyyat nəticəsində beynəlxalq narkotik karteli zərərsizləşdirilib, cinayətkar şəbəkənin lideri saxlanılıb.

    Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində bildirib

    Onun sözlərinə görə, İspaniyada əməliyyat Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə ARGAY kod adı altında həyata keçirilib.

    "Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin lideri, Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən Əmrə Karaca ləqəbli Kərim Dağlıoğlu saxlanılıb", - nazir qeyd edib.