XƏBƏRLƏR / Kriminal

Tanınmış vəkil Elman Paşayev Rusiyada saxlanılıb

O, dələduzluqda ittiham olunur

Tanınmış vəkil Elman Paşayev Rusiyada saxlanılıb
Elman Paşayev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

    Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

    Məlumatda deyilir ki, azərbaycanlı sabiq vəkil saxlanılıb.

    Azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.

    Rusiya KİV-i xəbər verir ki, keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.

    Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adları qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.

    Keçmiş vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.