XƏBƏRLƏR / Kriminal

Hərbi cani Robert Köçəryan yenə məhkəmə qarşısında

Köçəryan və Xaçaturova verilən əməlin hüquqi qiymətini dəyişdirilib

Hərbi cani Robert Köçəryan yenə məhkəmə qarşısında
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Martın 1-i işi üzrə Robert Köçəryan və Yuri Xaçaturova yenidən ittiham irəli sürülüb.

    Dövlət ittihamçısı Hayk Hovhannisyan məhkəmə iclasında Köçəryan və Xaçaturova verilən əməlin hüquqi qiymətini dəyişərək, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 2003-cü ilin aprelində qəbul edilmiş 309.3-cü maddəsinə uyğun olaraq yeni ittiham irəli sürüb: qüvvədə olan RA-nın 441-ci maddəsinə uyğun olan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan səlahiyyətlərini aşma əməli.

    Köçəryan 2008-ci il martın 1-də törədilən hadisələri onun prezidentliyinin sonunda baş vermiş "narahatlıq" adlandırıb.

    Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən seçkilərin yekunlarının saxtalaşmasına etiraz edən dinc kütlənin Köçəryanın əmri ilə güllə-borana tutulması nəticəsində 10 nəfər öldürülmüş, 50-dən çox insan yaralanmışdır.