Vaqif Xaçaturyan məhkəmənin hökmündən razı deyil
Meşəli kəndinin qatili apellyasiya şikayəti verib
1991-ci ilin dekabrında qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan məhkəmənin hökmündən apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin sübutları öyrənilib.
İş üzrə məhkəmə baxışı 2024-cü il yanvarın 7-nə təyin edilib.