BMT-nin 9 əməkdaşı HƏMAS-ın İsrailə hücumunda iştirak edib
Bu barədə Sky News xəbər verib
BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində (UNRWA) çalışan doqquz əməkdaş işdən azad olunub.
Sky News xəbər verir ki, bu əməkdaşlar HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı hücumunda iştirak etməsi ilə bağlı araşdırmadan sonra işdən qovulub.
İsrailin iddialarından sonra UNRWA-nın bəzi işçilərinin hücumda mümkün iştirakı yanvar ayından bəri araşdırılır.
BMT-nin Daxili Nəzarət Xidməti HAMAS yaraqlılarının İsrailə 7 oktyabr hücumunda UNRWA-nın doqquz əməkdaşının potensial iştirakına dair kifayət qədər sübut tapdığını bildirib.
Qeyd edək ki, İsrailin ittihamlarına cavab olaraq UNRWA HƏMAS ilə hər hansı əməkdaşlığı inkar edib və təşkilat İsrailin Qəzzada apardığı müharibə nəticəsində 200-dən çox əməkdaşının öldürüldüyünü bildirib.
Xatırladaq ki, Agentlik daha əvvəl 12 işçini işdən azad etmişdi.