XƏBƏRLƏR / Kriminal

Bakıda qız atasını bıçaqladı

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb

Bakıda qız atasını bıçaqladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

    Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

    Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.