XƏBƏRLƏR / Kriminal

Yasamalda 37 yaşlı qadın qətlə yetirilib

Bu barədə Baş Prokurorluq məlumat yayıb

Yasamalda 37 yaşlı qadın qətlə yetirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emil Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.