XƏBƏRLƏR / Kriminal

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

DİN xəbər verir

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

    A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.