Yanvarın 24-də saat 10:30 radələrində paytaxtın Nizami rayonunda 1991-ci il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu polisə gələrək könüllü şəkildə təslim olub.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.