XƏBƏRLƏR / Kriminal

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

DSX Nepal vətəndaşlarını Azərbaycan-Gürcüstan sərhədində yaxalayıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, mayın 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər Nepal Federativ Demokratik Respublikası vətəndaşı saxlanılıb.

    Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Xalid Teymur oğlu Nadirli və Tural Teymur oğlu Ağayev müəyyənləşdirilərək istintaqa cəlb olunub.