Yeni Günəşlidə dörd narkotacir saxlanıldı VİDEO

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yeni Günəşlidə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb, könüllü olaraq polisə iki ədəd odlu silah təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha dörd nəfər saxlanılıb. Həmin şəxslərdən 1 kiloqrama yaxın psixotrop maddə, metamfetamin və heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən ikisi - əvvəllər məhkum olunmuş T.Səfərli və Ö.Hacıəhmədovun Yeni Günəşli qəsəbəsində evlərdən kondisioner oğurladıqları da müəyyən edilib.

    Həmçinin, ötən gün Yeni Günəşli qəsəbəsində müvafiq sənədləri olmayan iki ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.