XƏBƏRLƏR / Kriminal

Azərbaycanda xəbər saytlarına kütləvi haker hücumu olub

Saytların əsas səhifələrində Azərbaycan əleyhinə olan şiə "Hüseyniyyun" terrorçu qrupunun loqosu görünüb

Azərbaycanda xəbər saytlarına kütləvi haker hücumu olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın bir sıra xəbər agentliklərinin saytları kiberhücumlara məruz qalıb.

    Saytların əsas səhifələrində Azərbaycan əleyhinə olan şiə "Hüseyniyyun" terror qrupunun loqosu görünüb.

    Hazırda “Report” agentliyi haker hücumuna məruz qalıb – onların saytı indi belə görünür.

    “Global Media Group"a aid bir neçə  digər resurs da sındırılıb: "Caliber.az", "oxu.az", "Media.Az", "Baku.ws" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.

    “Hüseyniyyun” terror qruplaşması ilə əlaqəsi olduğu iddia edilən hakerlər tərəfindən fars dilində yazılıb: “Həqiqətən də, Allah onlara kömək etməyə qadirdir” deyənlərə qarşı döyüşənlərin döyüşməsi icazəlidir". 

    Qeyd edək ki, Azərbaycan resurslarına genişmiqyaslı haker hücumu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda səfərdə olduğu vaxta təsadüf edib.