Revanşist ermənilər Azərbaycan bayrağını yandırdı
Mitinqdə Ermənistanın Respublika Partiyasının sədri Serj Sarkisyan da iştirak edib
Ermənistanın paytaxtı İrəvanda qondarma “soyqırımı qurbanları"na həsr olunan məşəl yürüşü keçirilib.
Yürüş iştirakçılarından olan revanşistlər Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
“Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq baş tutub. Mitinqdə müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən eks-prezident, Ermənistanın Respublika Partiyasının sədri Serj Sarkisyan da iştirak edib.