XƏBƏRLƏR / Kriminal

Xocalı qatili Vitali Balasanyan Putinə məktub yazıb

2023-cü ildə Qarabağda keçirilən xüsusi hərbi əməliyyat zamanı bu cani müəmmalı şəkildə ərazidən qaçmağa müvəffəq olub

Xocalı qatili Vitali Balasanyan Putinə məktub yazıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xocalı soyqırımının iştirakçılarından biri, müəmmalı şəkildə Qarabağı tərk edən, hərbi cani Vitali Balasanyan utanmaz-utanmaz Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət edib.

    Ermənistanın yerli mediasında dərc edilən məktubda deyilir: "Bu gün Qarabağ erməniləri bir sıra səbəblərə görə öz tarixi vətənlərindən məhrumdurlar və hesab edirik ki, bu ədalətsiz prosesi rus xalqı və Rusiya dövlətinin sayəsində dəyişmək olar. Ümid edirik ki, Sizin vasitəçiliyinizlə Böyük Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olan Qarabağ erməniləri öz tarixi vətənlərinə qayıdacaqlar".

    Əslində Balasanyan Bakı Məhkəmə Kompleksindəki müttəhimlər kürsüsündə əyləşməlidir. Onun Ermənistana qaça bilməsi bir sıra suallar doğurur. Əlləri azərbaycanlıların qanına bulaşmış cani beynəlxalq axtarışa verilməlidir.