Rusiyada azərbaycanlı biznesmen öldürüldü
60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb
Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Bu barədə Rusiya KİV-ləri xəbər verib.
Məlumata görə, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.
Naməlum şəxs Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb.
Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb. Qətlin motivləri hələlik bəlli deyil.
Cinayəti törədən şəxsin axtarışı həyata keçirilir.