Türkiyənin cənub-şərqində yerləşən Adıyaman şəhərində polis nəfəri bölmədə həmkarlarına atəş açıb.
Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.
Belə ki, yerli vaxtla saat 20:15 radələrində Adıyamanda Ataşehir rayon polis şöbəsində çalışan polis əməkdaşı özünə məxsus xidməti silahla polis şöbəsinin rəisini və ictimai təhlükəsizlik şöbəsinin rəisini yaralayıb. Hücum edən şəxs tutulub.
Yaralılar xəstəxanaya aparılıb və həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.