Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
Suleja həbsxanasında vaxtilə “Boko Haram” terror qruplaşmasının üzvləri saxlanılırdı
Nigeriyanın paytaxtı yaxınlığındakı Sulejada leysan yağışları nəticəsində azı 118 məhbus həbsxanadan qaçıb.
"Reuters" agentliyi xəbər verir ki, qaçan məhbuslardan 10-u tutularaq yenidən həbsxanaya qaytarılıb. Hazırda digərlərinin axtarışı istiqamətdə əməliyyatlar davam etdirilir.
Açıqlamada qaçan məhbusların kimliyi barədə heç bir məlumat verilmir. Lakin bildirılir ki, Suleja həbsxanasında vaxtilə “Boko Haram” terror qruplaşmasının üzvləri saxlanılırdı.