İraq Kürdüstanında qaz yatağı atəşə tutulub, ölənlər var
Bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb
İraq Kürdüstanında qaz yatağına pilotsuz uçuş aparatı ilə zərbələr endirilib. Bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb. Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Ölən və yaralananların hamısı əcnəbi işçilərdir.
Portalın məlumatına görə, zərbə Kürd muxtariyyətinin şərqindəki Süleymaniyyə əyalətində yerləşən Kürmür qaz yatağına endirilib.
Muxtar bölgə hökumətinin Energetika Nazirliyi hücumun elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.