İrəvanda sinaqoqa hücum edən şəxsi həbs etmədilər
35 yaşlı kişi saxlanılsa da və artıq əməlini etiraf etsə də. məhkəmə onu buraxıb
İrəvanda məhkəmə sinaqoqa hücum edən şəxsi həbs etməkdən imtina edib.
Ermənistan İstintaq Komitəsi İrəvanda sinaqoqa edilən son hücumla bağlı iş açıb. İş çərçivəsində 35 yaşlı kişi saxlanılıb və artıq etiraf edib.
İstintaqın məlumatına görə, iyunun 10-na keçən gecə bir nəfər irqi və milli ədavət zəminində dini mərkəzin pəncərəsini sındırıb. İstintaq Komitəsi həbs üçün məhkəməyə vəsatət təqdim etsə də, məhkəmə şübhəli şəxsdən şəhərini tərk etməməsi barədə yazılı öhdəlik alaraq, onu sərbəst buraxıb.