Burkina-Fasoda kilsədə terror aktı törədilib, 15 nəfər ölüb
Bu barədə "france24" məlumat yayıb
Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsinə hücum olub.
Hadisə nəticəsində 15 nəfər həlak olub. Silahlılların hücumu nəticəsində iki nəfər yaralanıb.
Ekassane kəndi Burkina Faso, Mali və Niger arasındakı sərhəddə yerləşir.
Xatırladaq ki, 2015-ci ildən bəri Burkina Fasoda terror hücumları zamanı 20 minə yaxın insan həyatını itirib.