XƏBƏRLƏR / Kriminal

Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.