XƏBƏRLƏR / Kriminal

Axtarışa verilən şəxs Azərbaycana ekstradisiya olunub

Bu barədə Baş Prokurorluqdan məlumat verilib

Axtarışa verilən şəxs Azərbaycana ekstradisiya olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin Qazaxıstandan ölkəyə ekstradisiya olunub.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Belə ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Ramazan Herayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.