XƏBƏRLƏR / Kriminal

Şabranda silah-sursat tapılıb

DIN xəbər verir

Şabranda silah-sursat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şabran rayonunda silah-sursat tapılıb.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd tapança, 3 ədəd patron darağı, 3 ədəd əl qumbarası və 70 ədəd güllə aşkar edərək götürüblər.

    Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.