İrəvanın mərkəzində bomba həyəcanı
Hazırda Milli Təhlükəsizlik Xidmətinin xüsusi qrupları hadisə yerində - hakim partiyanın qərərgahı yaxınlığında işləyir
Bu gün, fevralın 26-da İrəvanda fövqəladə hadisə baş verib. Saat 13:40 radələrində ER Daxili İşlər Nazirliyinin Milli Polis İdarəsinin Operativ İdarəetmə Mərkəzinə Qulbenkiyan 30/3 binasının həyətinə bomba qoyulması və onun partlamaq üzrə olduğu barədə məlumat verilib.
Ermənistan KİV-i yazır ki, naməlum şəxslər Ermənistanın hakim partiyasının İrəvanın Gülbenkyan küçəsindəki ofislərindən birinin yaxınlığında partlayıcı qurğular yerləşdiriblər.
Hazırda Milli Təhlükəsizlik Xidmətinin xüsusi qrupları hadisə yerində işləyir.
Təhlükəsizlik qüvvələrinin cihazı aşkarlayaraq zərərsizləşdirdiyi bildirilir.
İrəvan 1-03 saylı təcili yardım həkimlərinin növbətçi briqadası da oradadır.