XƏBƏRLƏR / Kriminal

Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs tutulub

DİN xəbər verir

Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıtmaqda şübhəli bilinən Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

    Qeyd edilir ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.