XƏBƏRLƏR / Kriminal

Sumqayıtda ata oğlunu bıçaqlayıb YENİLƏNİB

Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb

Sumqayıtda ata oğlunu bıçaqlayıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 09:30

    Dekabrın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Ş.Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü S.Muradov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib.

    O qeyd edib ki, araşdırma aparılır.

    ***

    08:45

    Sumqayıtda ata oğlunu bıçaqlayıb.

    Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

    1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.