Çeçenistanda döyülən jurnalisti Moskvaya təxliyə etdilər
Naməlum şəxslər"Novaya qazeta"nın müxbiri Yelena Milaşinanın barmaqlarını sındırıb, başını qırxıb
Ötən gün Çeçenistanda vəhşicəsinə döyülən vəkil Aleksandr Nemov və “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina artıq Moskvadadırlar və Moskva xəstəxanalarından birinə yerləşdirilib.
Xatırladaq ki, Çeçenistanda silahlı şəxslər aeropordan şəhərə gələrkən jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum ediblər.
İşgəncə Əleyhinə Komandanın məlumatına görə, Milaşina və Nemov Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən qaçırılan və bu gün hökm oxunacaq Zarema Musayevanın işi üzrə son məhkəmə iclasına gedirmişlər.