Ukraynada Ali Radanın keçmiş deputatı güllələnərək öldürülüb
Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib
Ukraynda naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib.
Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski teleqram kanalında bildirib.
“Həkimlərin bütün səylərinə baxmayaraq, İrina Farionu xilas etmək mümkün olmadı” – o qeyd edib.
Hüquq-mühafizə orqanları hücum edənin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görür, faktla bağlı cinayət işi açılıb.