Ucarda oğul anasını boğub öldürdü
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib
Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Qurbanov Faiq Bakı şəhərində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.