XƏBƏRLƏR / Kriminal

16 yaşlı oğlan anasını öldürdü, qardaşını yaraladı YENİLƏNİB

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib

16 yaşlı oğlan anasını öldürdü, qardaşını yaraladı YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:35

    Coratda anasını öldürüb, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı oğlan tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlunu saxlayaraq istintaqa təhvil verib.

    ***

    07.40

    Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

    Bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

    Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Nəticəsi barədə əlavə məlumat veriləcək.

    ***

    Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.