XƏBƏRLƏR / Kriminal

Tehranda yeganə rus pravoslav kilsəsi qarət edildi

Bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb

Tehranda yeganə rus pravoslav kilsəsi qarət edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehranda şəhərin yeganə Rus Pravoslav Kilsəsi kafedralı qarət edilib.

    Rusiyanın İrandakı səfirliyinin məlumatına görə, hadisə 10 iyunda baş verib. Kilsədən ikonalar və başqa əşyalar oğurlanıb.

    Diplomatik nümayəndəlik qeyd edib ki, Müqəddəs Nikolay Katedralı İkinci Dünya müharibəsindən, İran-İraq münaqişəsindən, 2025 və 2026-cı illərdə ABŞ və İsrailin son təcavüzlərindən və bir çox digər çətin dövrlərdən sağ çıxsa da, həmişə toxunulmamış qalıb.
    "Biz heç vaxt inanmamışıq ki, İranda kimsə xristian müqəddəs yerlərinə belə bir şey edəcək və onilliklərdir kafedralımızın qoruyucusu olduğu tək Tanrıya olan inamı təhqir edəcək".

    Səfirlik ikonaların kafedrala qaytarılmasını və heç kimin bu günahı öz üzərinə götürməməsini xahiş edib.