ABŞ-ın İsraildəki səfirliyinin yaxınlığında partlayış olub
Öən və yaralananlar var
ABŞ-ın İsraildəki səfirliyinin yaxınlığında dron partlayışı nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Bu barədə “Washingtonpost" yazıb.
“Təcili xidmət əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı partlayış yerinin yaxınlığındakı mənzildə cansız kişi meyiti aşkar edilib”, – nəşr bildirib. Daha yeddi nəfər isə yaralanıb.
Məlumata görə, partlayış Amerikanın Tel-Əvivdəki diplomatik nümayəndəliyinin binasından 100 metr aralıda olub. Şahidlərin sözlərinə görə, dəniz tərəfdən əraziyə dron uçub. Hazırda irəli sürülən bu versiya aidiyyəti qurumlar tərəfindən araşdırılır.