XƏBƏRLƏR / Kriminal

Separatçı Arutunyan kimə qulluq etdiyini açıq etiraf etdi

Qondarma "DQR"-in oyuncaq "prezidenti" tabe olduğu qüvvəni göstərdi

Separatçı Arutunyan kimə qulluq etdiyini açıq etiraf etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Arayik Arutyunyan oyuncaq "parlamentin" oyuncaq "deputatları" qarşısında çıxış edərək, "Artsaxı kim idarə edir və qərarları kim verir?" sualına belə cavab verib: "Bəli, mən həmişə sülhməramlılarla və Rusiya tərəfi ilə sıx əməkdaşlıq edərək qərarlarımı verirəm. Siz məni etiraf etməyə məcbur edirsiniz ki, bəli, biz bütün addımlarımızı Rusiya tərəfi ilə razılaşdırırıq. Hər şeyi yekdilliklə edirik. Biz öz hərəkətlərimizi sülhməramlılarla və sülhməramlılara rəhbərlik edən strukturlarla/şəxslərlə əlaqələndiririk".

    Ətraflarında halqa daraldığca separatçılar illərlə gizlətdiyi həqiqətləri indi açıq-aşkar elan edirlər.

    Qarabağı tərk edən və tərk etməyə çalışan erməni sakinləri barədə verilən suala isə Arutunyan belə cavab verib: "Hamı qışqırır, hamı qaçır, hamı getmək istəyir... Kim getmək istəyir, cəhənnəmə getsin!".