Gəncədə toyda adamları bıçaqlayan şəxslər saxlanıldı
DİN-in Mətbuat Xidmətinin məlumatı
Gəncədə toyda düşən mübahisə zəminində dörd nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə dörd nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, dekabrın 9-da Gəncədə toy mərasimində mübahisə düşüb və nəticədə dörd nəfər bıçaqlanıb.