Türkiyə kəşfiyyatı terrorçu qadını məhv etdi VİDEO
Rojda Bilen adlı terrorçu İraqın şimalındakı Süleymaniyyədə zərərsizləşdirilib
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının qondarma liderinin zərərsizləşdirildiyi əməliyyatın görüntülərini yayıb.
Bu barədə "TRT Haber" xəbər verib.
Rojda Bilen adlı terrorçu İraqın şimalındakı Süleymaniyyədə zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən görüntülərə görə, "Bişeng Brüsk" kod adlı terrorçu Bilenin içində olduğu ağ rəngli pikap Süleymaniyyə çölündə təqib edilib.
Avtomobil silahlı pilotsuz uçuş aparatı (SİHA) hücumu ilə vurulub və terrorçu Bilen zərərsizləşdirilib.