DSX İrandan gələn narkotik qaçaqmalçılarının qarşısını aldı
Sərhədçilərin dayanmaq əmrinə tabe olmayan sərhəd pozucuları çətin relyefdən istifadə edərək İran ərazisinə qaçıblar
Fevralın 9-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Geytəpə” sərhəd dəstəsinin rəsmi ərazisində İrandan Azərbaycan istiqamətində 3 naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulması faktı qeydə alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhədçilərin dayanmaq əmrinə tabe olmayan və havaya xəbərdarlıq atəşi açan sərhəd pozucuları günün qaranlıq vaxtından və çətin relyefdən istifadə edərək İran ərazisinə qaçıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kq 600 qram marixuana, 30 ədəd “Prostahealth” narkotikası və 1000 ədəd “Metadon M-40” həbləri aşkar edilərək götürülüb.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.