XƏBƏRLƏR / Kriminal

Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi saxlanılıb

Dövlət sərhədinin pozulması cəhdi Qubadlı rayonunda aşkar edilib

Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin ediləsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, sentyabrın 1-də DSX Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

    Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.